Beynəlxalq Gənclər Gününə həsr olunmuş onlayn konfrans keçiriləcək

A- A A+

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə avqustun 11-də “Qlobal fəaliyyət üçün gənclərin cəlb edilməsi” mövzusunda beynəlxalq onlayn konfrans keçiriləcək.

ARGTMŞ–dən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, BMT-nin Baş Assambleyası tərəfindən 1999-cu il avqustun 12-də elan edilən Beynəlxalq Gənclər Gününün mövzusu “Qlobal fəaliyyət üçün gənclərin cəlb edilməsi” olub.

Bununla bağlı keçiriləcək onlayn konfrans “Nifrət nitqi və cinayətkarlığa qarşı mübarizədə gənclərin rolu”na həsr olunub. Azərbaycan reallıqlarının gənclərin vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması konfransın əsas məqsədlərindən biridir.

Qeyd edilir ki, COVID-19 pandemiyası müddətində gənclər təşkilatları və gənclər ictimailəşmə, iştirak, ünsiyyətdə çətinliklə üz-üzədir. Bununla yanaşı, bütün dünyanın mövcud virusla mübarizə apardığı dövrdə yaşadığımız regionda şiddət, aqressiya və zorakılıq davam etməkdədir.

Onlayn konfransda Azərbaycanın, eləcə də digər ölkələrin beynəlxalq gənclər təşkilatlarının nümayəndələri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşəcək, müzakirələr aparacaqlar.
Konfrans saat 16:00-da “Facebook” vasitəsilə canlı yayımlanacaq.

Tədbirdə iştirak etmək üçün bu link vasitəsilə qeydiyyat keçmək mümkündür: https://bit.ly/2DlsB0F

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: