Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

A- A A+

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Naxçıvan şəhəri, Babək, Şərur, Culfa, Kəngərli və Şahbuz  rayonlarının qəsəbə, kənd, küçə və prospektlərində, eləcə də Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi, Naxçıvan Qarnizonunun hərbi hissələri, hərbi şəhərciklər, Naxçıvan şəhərində inzibati orqanların, ticarət və ictimai-iaşə obyektlərinin, istirahət parklarının, məscid və mərasim evlərinin ətrafı dezinfeksiya edilib.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir.

Həmçinin Naxçıvan şəhər, Babək və Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin 4 yanğınsöndürmə avtomobili və 30 nəfər şəxsi heyəti cəlb olunmaqla Naxçıvan Günəş Elektrik Stansiyasında taktiki-xüsusi təlim keçirilib. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 8 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ixtisasartırma kurslarını bitirərək sertifikat alıbdır.

Uzunoba çimərliyində xilasedici dalğıclar tərəfindən suda boğulma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib. Şərur rayon Axura kəndində yağış nəticəsində yaranmış selin fəsadlarının aradan qaldırılmasına 139 nəfər şəxsi heyət, 8 texnika və 16 su nasosu cəlb edilərək qarşıya qoyulmuş tapşırıqlar icra olunub.

Ötən ay 10 оbyеktdə texniki təhlükəsizliyə əməl olunması yоxlanılıb, 6 müəssisədə 21 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilib.

Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə 186 obyektdə diqqətli, 158 obyektdə nəzəri və 46 obyektdə məqsədli yanğın-texniki müayinələr aparılıb.

Taxıl biçini dövründə bu strateji əhəmiyyətli məhsulun təhlükəsiz yığılması diqqətdə saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: