Növbəti şənbə yarmarkasına 268 çeşiddə məhsul çıxarılıb - FOTOLAR

A- A A+

Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda təşkil olunan məhsul yarmarkası davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bugünkü yarmarkaya 21 istehsal müəssisəsi tərəfindən 268 çeşiddə  90 tona yaxın yerli məhsul çıxarılıb. Yarmarkaya ailə təsərrüfatçıları tərəfindən çıxarılan məhsullar  çoxluq təşkil edib.

Bu gün keçirilən yarmarkaya çıxarılan və ayrı-ayrı bölgələrimizdə ailə təsərrüfatçılarının yetişdirdikləri kənd təsərrüfatı məhsulları qısa müddətdə satılıb, alıcı razılığına səbəb olub.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: