Ordubad şəhərindəki 40 pillə çeşməsi yer altında inşa olunmuş çox maraqlı su mənbəyidir. Pillələr bir xeyli qədimdir. Yaşlı adamlar, uşaqlar bura enib çıxa bilmirlər. Həm də olduqca qaranlıqdır. Tavana asma ağaclar atılıb, üstünə daş, sallar qoyulub. Qarşı tərəfdən yuxarıya baxanda sal daşların möhkəm olduğu görünür. Tavanın uçma təhlükəsi yoxdur. 40 pillə endikdən sonra aşağıda sərin bulaqla qarşılaşırsan. Divarlar çay daşlarından tikilib və içi sərindir. Yayda o pillələri aşağı doğru addımlayanlar havanın isti-soyuqluğundan xəbərsiz olur. Çünki quyunun dibi olduqca sərindir. İndi o qədər eniş-çıxış olmasa da astanalardan, daşlardan görürük ki, tarixən bura çox düşüb qalxıblar ki, daşlar bu qədər yonulubdur
Cabir Cabbarov
“El həyatı” qəzeti