Ordubadda Sutəmizləyici Qurğular Kompleksi inşa olunur - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonun Şəhriyar qəsəbəsində inşa olunan kompleksdə işlər yekunlaşmaq üzrədir.
10 mindən çox Ordubad şəhər sakinini keyfiyyətli su ilə təmin edəcək kompleksin gündəlik istehsal gücü 11000 kubmetrdir. Kompleksdə bütün iş prosesi avtomatlaşdırılıb. Burada müasir qurğular vasitəsilə təmizlənən su Ordubad şəhəri və Şəhriyar qəsəbəsi yaxınlığındakı ümumi tutumu 20 min kubmetr olan 6 ədəd su anbarına ötürülür.
Ordubad şəhər Sutəmizləyici Qurğular Kompleksi saniyədə 127 litr su təmizləmə gücünə malikdir. Hidroobyektdə İsveçrə və Türkiyə istehsalı olan və hər birinin su təmizləmə gücü saniyədə 42.3 litr olan 3 dəst avadanlıq quraşdırılıb. Kompleksdə quraşdırılan avadanlıqlara nəzarət etmək məqsədilə 10 kamera quraşdırılıb və idarə etmə otağında mütəmadi olaraq bütün iş proseslərinə nəzarət edilir.
Qeyd edək ki, hazırda Naxçıvan şəhərində, o cümlədən Şərur, Şahbuz və Culfa rayonlarında müasir Sutəmizləyici Qurğular Kompleksi mövcuddur. Quraşdırılmış qurğular vasitəsilə xətlərə verilən suyun tərkibi təbii bulaq suyu qədər təmizlənir.
Nurlan Sadiqov
Mahmud Hüseynov