Sağlamlıq imkanları məhdud gənclərlə görüş - FOTOLAR

A- A A+

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sosial könüllülərin imkanlarından geniş istifadə olunmasına dair verilmiş tapşırığın icrasına uyğun olaraq, 12 avqust – Beynəlxalq Gənclər Günü ərəfəsində sosial könüllülərlə sağlamlıq imkanları məhdud gənclərin görüşü keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, könüllülər muxtar respublikanın şəhər və rayonlarında yaşayan müvafiq kateqoriyadan olan gənclərlə görüşüb, onlara Beynəlxalq Gənclər Günü münasibətilə hədiyyələr təqdim ediblər. Gənclər birgə vaxt keçirib, eyni zamanda sağlamlıq imkanları  məhdud gənclərin gündəlik məşğuliyyətləri, yaradıcılıqları ilə tanış olublar.

Ümumilikdə muxtar respublika üzrə 15 fiziki imkanları məhdud gənclə əlamətdar gün münasibətilə görüşlər olub və onlara hədiyyələr təqdim edilib. 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: