Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib

A- A A+

Avqustun 12-də Heydərabad seysmoloji stansiyasından 53 kilometr şimal-qərbdə - Türkiyənin İğdır vilayətində maqnitudası 4.4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:29-da qeydə alınıb.

Ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək və Heydərabad rayonlarında 3 bala qədər hiss olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: