Kəngərli rayonunda bələdiyyələrə metodiki vəsait paylanılıb

A- A A+

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Kəngərli rayonu üzrə fəaliyyət göstərən bələdiyyələrə  kargüzarlıq sahəsində metodiki köməklik göstərilib.

Onlara “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədi ilə tədbirlərin görülməsinə dair”, “Metodik sənədlər toplusu”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” metodiki vəsaitlər paylanılıb.

Qeyd edək ki, bələdiyyə fəaliyyətini əhatə edən vəsaitlərin və kitabların paylanmasında məqsəd bələdiyyə üzvlərinin və qulluqçularının qanunvericilik aktlarının tələbləri barədə məlumatlandırılması və öz fəaliyyətlərində tətbiq edilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: