Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb

416

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.

Komitə iclaslarının keçirilməsinə isə sentyabrın 15-dən başlanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: