Ədəbiyyat muzeyinə onlayn ekskursiya - FOTOLAR

A- A A+

Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarına təşkil olunan onlayn ekskursiyalar davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfəki onlayn ekskursiya Ədəbiyyat muzeyinə təşkil olunub.

Onlayn ekskursiyada muzeyin bələdçisi Naxçıvan ədəbi mühiti və onun keçdiyi inkişaf yolu barədə  izləyicilərə ətraflı məlumat verib.

Qeyd olunub ki, muzeyin fondunda çox əsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, sənət nümunələri, qədim və  müasir kitablar, xatirə əşyaları, digər qiymətli muzey materialları mühafizə olunur. Həmçinin ekspozisiyada Naxçıvan torpağının yetirdiyi görkəmli şair və yazıçıların yaradıcılığına, eyni zamanda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və  heykəltəraşlıq əsərlərinə geniş  yer verilib.

Onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında  canlı yayımlanıb.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: