“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” monoqrafiyası işıq üzü görüb

A- A A+

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikanın 95 illiyinə həsr olunan monoqrafiyanın müəllifi AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.

Monoqrafiyada 1995-2019-cu illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafının ən mühüm cəhətləri tədqiq edilib, muxtar respublikanın dinamik və davamlı inkişafı, baş verən dəyişikliklər, qazanılan nailiyyətlər faktiki materiallar əsasında öyrənilib.

Nəşrdə muxtar respublikanın müstəqillik yollarında əldə etdiyi uğurlar, keçdiyi tarixi inkişaf yolu ayrı-ayrı başlıqda verilən tədqiqat materiallarında əhatəli şəkildə oxucuların diqqətinə çatdırılır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: