Ötən ay Dövlət Miqrasiya Xidmətinə 105 əcnəbi vətəndaşlıq məsələləri ilə bağlı müraciət edib

A- A A+

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər iyul ayında da davam etdirilib.

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan 1 əcnəbi barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə 140 müraciət daxil olub. Onlardan 105-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.

Həmçinin olduğu yer üzrə qeydiyyatla bağlı 35 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 32-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: