“Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətində yanğın-taktiki məşğələ keçirilib - FOTOLAR
“Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətində “Ticarət mərkəzində yanğın zamanı işçilərin fəaliyyəti” mövzusunda əməli məşğələ keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məşğələnin keçirilməsində məqsəd ticarət mərkəzində yanğın zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi və qərarların qəbulu üzrə rəhbər, kоmandir-rəis heyətinə təcrübə qazandırmaq, şərti baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılması üzrə mülki müdafiə qüvvələrinin uzlaşmış fəaliyyətini təşkil etməkdən ibarət olub.
Məşğələ bir mərhələdə 3 təlim nöqtəsində həyata keçirilib. Əməli məşğələyə “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 nəfər şəxsi heyəti cəlb olunub. Məşğələdə qarşıya qoyulmuş məqsədlərə nail olunub, könüllü yanğınsöndürmə komandası və digər mülki müdafiə qüvvələri təcrübə qazanıb. Müəssisənin yanğın cəhətdən potensial təhlükəli obyekt olduğundan gələcəkdə bu kimi təlimlərin vaxtaşırı keçirilməsi vurğulanıb.