Yuxarı Uzunoba kəndində yeni yaradılan qəbul məntəqəsinə 15 ton yaş tütün qəbul olunub - VİDEO
“Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Babək rayonunun Yuxarı Uzunoba kəndində yeni qəbul məntəqəsi yaradılıb. Artıq məntəqəyə 15 ton yaş tütün qəbul olunub.
Yeni avadanlıqlar və cihazlarla təchiz olunan qəbul məntəqəsində fermerlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Turab Hacızadə