Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Babək rayonunun torpaq mülkiyyətçiləri ilə görüşən Nazirlik əməkdaşları ikinci mərhələ əkinlər, torpaq sahələrində aqrotexnik tələblər barədə məlumat veriblər.
Mütəxəssislər qeyd ediblər ki, aqrar sahədə mütərəqqi metodların tətbiqi məhsuldarlığın yüksəldilməsində əsas rol oynayır. Aqrotexnikanın tələblərinə uyğun olaraq şumun qaldırılması, şırımla suvarmanın tətbiqi, rayonlaşdırılmış toxum sortlarından istifadə edilərək əkinlərin aparılması və həmçinin becərmədə nəzərdə tutulan digər kompleks tədbirlərin optimal müddətdə həyata keçirilməsi həmişə diqqətdə saxlanılmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.