“Nəqşicahan” Holdinq Şirkətlər Qrupundan sərhədçilərə bayram sovqatı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 28-ci ildönümü ilə əlaqədar olaraq “Nəqşicahan” Holdinq Şirkətlər Qrupu tərəfindən sərhədçilərə bayram sovqatı verilib.

Sərhədçilərlə görüşdə “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun nümayəndəsi Rifat Mahmudov çıxış edərək Holdinqin rəhbəri adından sərhədçilərə müqəddəs və şərəfli vəzifələrində uğurlar arzulayıb, onları təbrik edib.

Diviziyanın zabiti, polkovnik-leytenant Anar Nəsirli və əsgər Vüqar Suvarov ordu-xalq birliyindən danışıb, dövlətimizə minnətdarlıq ediblər.

Sonda gətirilmiş 9 tona yaxın bostan məhsulları Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının anbarlarına təhvil verilib.

 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: