Muxtar respublika kəndlərində vətəndaşlara səyyari xidmət göstərilir - FOTOLAR

A- A A+

Sakinlərin öz əmlaklarını qeydiyyatdan keçirtməsi və ya digər daşınmaz əmlak əməliyyatlarını aparması üçün  göstərilən səyyari xidmətlər onların rahatlığına hesablanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  bu dəfə Şərur rayonunun Ələkli kəndində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən  vətəndaşlara  səyyari xidmət  göstərilib. Müraciət edənlərin əmlak qeydiyyatına və digər daşınmaz əmlak məsələlərinə baxılıb.                                             

Bildirilib ki, Xidmətə ahıl və sağlamlıq imkanları məhdud olan sakinlər də müraciət edə bilərlər. Bu zaman xidmətin əməkdaşları həmin kateqoriyadan olan şəxslərin yaşadıqları ünvana gedərək, müraciət olunan torpaq məsələləri ilə yaxından maraqlanırlar. Bu günə qədər 30-dan çox ahıl və sağlamlıq imkanları məhdud sakinlərə xidmət göstərilib.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində 38 yaşayış məntəqəsindən 230 müraciət qəbul edilib. Ümumilikdə isə muxtar respublika üzrə 5500-ə yaxın müraciətin icrası təmin olunub.

Səyyar xidmətin növbəti ünvanı avqustun 18-də Culfa rayonunun Gülüstan kəndi olacaq.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: