Naxçıvanda toxumların seçilib çeşidlənməsinə başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, taxıl biçininin başlanması ilə əlaqədar toxumçuluq təsərrüfatlarında da keyfiyyətli toxumların seçilib çeşidlənməsi həyata keçirilir. Bu dövrdə fermer və torpaq mülkiyyətçiləri adətən, əkin üçün toxum ehtiyatını öz sahələrində əkilən taxıldan götürürlər. Amma yaxşı məhsul əldə etmək üçün ailə-kəndli fermer təsərrüfatı üzvlərinin və digər sahibkarların istehsal etdiyi toxum materialı dövlət standartlarının tələbinə cavab verməlidir. Muxtar respublikamızda toxumçuluq təsərrüfatları da məhz bu istiqamətdə fermerlərə kömək etmək üçün fəaliyyət göstərir. Həmin təsərrüfatlarda mütəxəssislər tərəfindən seçilən yüksək keyfiyyətli  toxum təmizlənir, çeşidlənir və  dərmanlanaraq anbara yığılır.

Qeyd edək ki, sahibkarlar həmin anbarlarda istənilən sortda toxum əldə edə bilərlər.

                                                                              Nicat Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: