Şahbuz rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz şəhər Heydər Əliyev prospektində inşa olunan muzey binası iki mərtəbədən ibarət olacaq. Birinci mərtəbəsində bərpaçı rəssam, fond, bələdçi və muzey əməkdaşları üçün otaqlar, ikinci mərtəbədə isə sərgi salonu yerləşəcək. Hazırda binanın təməlində beton-qəlib və hörgü işləri görülür.  

1982-ci ildən fəaliyyət göstərən muzey üçün yeni binanın inşası turizm bölgəsi olan rayonun tarixinin təbliğinin genişləndirilməsinə öz töhfəsini verəcək.

Qeyd edək ki, muxtar respublikada bundan əvvəl  Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət yeni bina inşa olunaraq istifadəyə verilib.                                  

                                                  Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: