Yaqut Qarayeva: Hazırda iki peyvənd üzərində ciddi iş gedir

A- A A+

Hazırda tibbi qərargahda iki peyvənd üzərində ciddi iş gedir. Birincisi, qarşıdan gələn payız-qış mövsümündə yayıla bilən qrip xəstəliyinə qarşı olan peyvənddir. Həmin peyvəndin aparılması istiqamətində işlər görülür. İkincisi, bütün dünyanı maraqlandıran COVID-19 xəstəliyinə qarşı peyvənddir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. "Ölkəmizin mövqeyi odur ki, peyvənd mütləq olaraq təsdiq olunmuş, zərərsiz və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmuş peyvənd olmalıdır. Ötən həftə bununla bağlı GAVI təşkilatı onlayn toplantı keçirib. Təşkilatın əsas məqsədi zərərsiz, keyfiyyətli peyvəndlərin əlçatan olmasıdır. Azərbaycan da bu təşkilatın üzvüdür. Keçən həftə 150 ölkənin iştirak etdiyi toplantıda ölkəmizi TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı təmsil edib. Ölkəmiz tez bir zamanda təsdiq olunmuş peyvəndin alınıb gətirilməsi ilə bağlı işlər aparır", - deyə Y.Qarayeva qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: