Nehrəm qəsəbəsi dezinfeksiya olunub - FOTOLAR

A- A A+

Yoluxucu xəstəliklərin və bir sıra virusların qarşısının alınması məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsində dezinfeksiya tədbirləri aparılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dərmanlama işləri Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı avtomobilləri ilə həyata keçirilib. Əsasən Nehrəm qəsəbəsinin daxili avtomobil yolları, küçə və məhəllələri, məscid və xidmət mərkəzlərinin ətrafı xüsusi məhlulla dezinfeksiya olunub.

Qabaqlayıcı profilaktik tədbirlər çərçivəsində, ümumilikdə 50 min kvadratmetr yol və səkilər dezinfeksiya edilib.

 

Sadiq Məmmədov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: