Prezidentin köməkçisi toylara icazə verilməməsinin səbəbini açıqlayıb

577

Toyların həyata keçirilməsi kifayət qədər əmək tutumlu sahələrdir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, şadlıq saraylarının fəaliyyəti həm də vergi tutumlu bir sahədir ki, ölkənin büdcəsinə müsbət təsir göstərir:

Amma bu məsələdə də səmimi olmalıyıq. Dövlətin nəzərindən toyların həyata keçirilməsi iqtisadi baxımdan yaxşı olardı. Vacib bir məsələ isə epidemioloji vəziyyətdir. Bu məsələ ilə bağlı bəzi mədəniyyət xadimlərinin çıxışlarını da görürük. Toyların keçirilmə prosesinə nəzər salsaq, kifayət qədər kütləviləşmə olan mərasimlərdir.

Dövlət gəliri də, iqtisadi fəallığı da kənarda qoyaraq insanların təhlükəsizliyini əsas seçir. Azərbaycan dövlətinin yeritdiyi siyasətin mərkəzində insanların sağlamlığıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: