Ordubadda yaşayış binasının tikintisi sona çatıb

A- A A+

Ordubad şəhərinin Heydər Əliyev prospektində inşa olunan 28 mənzilli yaşayış binasında tikinti-quraşdırma işləri yüksək keyfiyyətlə görülüb başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları hazırda binanın ətrafında abadlıq işləri aparır, səkiləri yeniləyir, gülkarlıqlar düzəldirlər. Binaya rabitə, elektrik, kanalizasiya və su xətlərinin çəkilişi də həyata keçirilib. Ordubad şəhərinə xüsusi yaraşıq qatan bu bina gənc ailələr üçün inşa olunub.

                                                                                Təravət Qənbərova

                                                                                     “El həyatı”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: