Sədərək rayon taxılçıları cari ili yüksək göstəricilərlə başa vurdular. 2357 hektar sahədən 8591 ton məhsul toplandı. Gələcəkdə də məhsuldarlığın yüksək olması üçün indidən lazımi tədbirlər görülür. Ata-babalarımızın əsrlərin sınağından uğurla çıxardığı belə təcrübələrə əsaslanan torpaq mülkiyyətçiləri və fermerlər əkin üçün ilkin tədbir hesab olunan torpaq şumunu sürətlə davam etdirirlər.
İndiyədək 63 hektarda şum qaldırılıb. Erkən şum edilmiş torpaqdakı müxtəlif zərərvericilər, bitki qalıqları və alaq toxumları günəş şüalarının təsirindən məhv olur. Həmçinin torpaq şumunun vaxtında aparılması, torpağı müəyyən qədər zənginləşdirir.
Qeyd edək ki, rayonda taxıl əkini üçün yaradılmış toxum ehtiyatının səpindən qabaq dərmanlanması üçün lazım olan preparatlar da tədarük edilib. Sahələrin əkin üçün hazırlanmasına hazırlıq işləri görülür.
“Oğuz yurdu”qəzeti