Naxçıvanda Aşura günü qanvermə aksiyaları xəstəxanalarda təşkil ediləcək - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dini icmaların sədrləri ilə birgə keçirilən islasda səsləndirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın verdiyi 207 saylı qərarla məscidlərdə və qapalı yerlərdə müxtəlif dini ayinlərin məhdudlaşdırılmasından danışan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev bildirib ki, bundan əvvəlki illərdə muxtar respublikamızda dini ayinlərin kütləvi formada həyata keçirilməsinə heç bir müdaxilə olmayıb. Lakin dünyada yayılan “Covid-19” virusu həyata keçirilən müxtəlif kütləvi tədbirlərin təxirə salınmasını şərtləndirir.

“Xeyriyyə məqsədilə qan vermək istəyən dindarlara lazımi şərait yaradılacaq”,-deyən Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Sahib Məmmədov vurğulayıb ki, əvvəlki illərdən fərqli olaraq bu il Aşura günü qanvermə aksiyaları məscidlərdə yox, xəstəxanalarda təşkil ediləcək. Əhali Naxçıvan Muxtar Respublikasının Mərkəzi xəstəxanasında, Diaqnostika Müalicə Mərkəzində, Mərkəzi rayon xəstəxanalarında, eyni zamanda Nehrəm qəsəbə xəstəxanasında, Qahab, Bənəniyar, Qıvraq, Qarabağlar həkim ambulatoriyalarında  qanvermə aksiyalarına qoşula biləcək. 

İclasda dini ayinlər və mərasimlərin keçirilməsi məsələsinə də toxunulub.

Qeyd edək ki, 1 sentyabr 2020-ci il tarixədək ölkə ərazisində məscidlərdə və mərasim zallarında dini ayinlər, mərasimlərin keçirilməsi məhdudlaşdırılıb.     

                                                                          Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: