Babəkdə 6 ay ərzində 6705 sığorta müqaviləsi bağlanılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayon İcra Hakimiyyətində rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib. Tədbirdə bildirilib ki, ötən müddətdə Babək rayonunda sığorta müqavilələrinin bağlanılması istiqamətində müəyyən işlər görülüb. Belə ki, Babək rayonu üzrə cari ilin yanvar-iyun aylarında, ümumilikdə, 6705 sığorta müqaviləsi bağlanılıb. Həmin müddətdə  avtonəqliyyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 850, daşınmaz əmlakın icbari sığortası üzrə  isə 2152 sığorta müqaviləsi imzalanıb.

Sonda sığorta işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin günün tələbi səviyyəsində qurulması ilə bağlı adiyyatı qurumlara tapşırıqlar verib.

                                                                    Aygün Hüseynli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: