Babək rayonunda işəgötürənlərlə sosial tərəfdaşlıq mövzusunda onlayn görüş olub - FOTOLAR

A- A A+

Muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Babək rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri və Nazirliklərin əməkdaşlarının iştirakı ilə işəgötürən müəssisələrlə sosial tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə onlayn formatda görüş keçirilib. Onlayn görüşdə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı insan kapitalının inkişafı, o cümlədən iqtisadi fəallığın yüksəldilməsi, həyata keçirilən məşğulluq siyasətinin səmərəliliyinin artırılması yönündə söhbətlər aparılıb. Həmçinin əmək bazarının əsas sahələri və peşə hazırlığının əmək bazarının tələbinə uyğunlaşdırılması məqsədilə işəgötürənlərə müvafiq kadrların hazırlanmasında köməklik göstərilməsi, işəgötürənlərlə məşğulluq orqanları arasında səmərəli əlaqələrin təşkili ilə bağlı müzakirələr aparılıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: