UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Neftçi”– “Şkupi” (Şimali Makedoniya) oyununun hakimləri müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi, UEFA-nın saytına istinadla xəbər verir ki, görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Aleksandr Qolubev olacaq. Ona yan xətt hakimləri Raimonds Tatriks və Jevgenijs Morozovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Şkupi” matçı saat 20:00-da start götürəcək.