Yanvar-iyun ayları ərzində Azərbaycanda 59 min 356 körpə doğulub

A- A A+

Yanvar-iyun ayları ərzində Azərbaycanda 59 min 356 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12 təşkil edib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, körpələrin 1608-i əkiz, 57-si isə üçəmdir.

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,7 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1002 qadın düşür.

Bu ilin birinci yarısında ölkədə 31 min 16 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: