NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əkin dövriyyəsinə daxil olan torpaq sahələrindən səmərəli istifadə olunması məqsədilə Ordubad rayonunda torpaqların monitorinqi aparılıb.
Monitorinq Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət işçi qrubu tərəfindən keçirilib.
Monitorinqin aparılmasında məqsəd torpaqların şorakəndlik dərəcəsi, aşınmaya məruz qalması, şorlanan torpaq sahələrinin dürüstləşdirilib aşkara çıxarılması və aqromelorativ tədbirlərin aparılmasından ibarətdir.