Naxçıvanda bu günə qədər 900 tona yaxın taxıl yığılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu il Şərur rayonunda 4 min 345 hektar sahədə taxıl əkilib. Bu günə qədər 306 hektar sahədən 883 ton taxıl tədarük olunub. Məhsuldarlıq 28,9 sentnerdir. Ərazilərdə əkinin şırım üsulu ilə aparılması, normalara uyğun gübrə verilməsi taxılın vegetasiya dövründə daha yaxşı inkişafına və məhsuldarlığın artmasına səbəb olub.

Bu ilin məhsulu üçün muxtar respublikada 32 min 483 hektar sahədə taxıl əkilib. Hazırda sahələrdə biçin davam edir.

Qeyd edək ki, muxtar respublikada aqrar sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilib, bol məhsul istehsalı üçün zəmin yaradılıb. Yeni suvarma şəbəkələrinin qurulması kənd təsərrüfatı bitkilərinin, xüsusilə də əsas ərzaq məhsulu hesab edilən taxıl əkini sahələrinin artırılmasına səbəb olub. Meliorativ tədbirlərin görülməsi hesabına uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Həmçinin taxıl zəmilərində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri görülür.

 

                                                             Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: