Teleaparıcı Naxçıvan sakinlərindən üzr istəyib - VİDEO
“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişinin ötən sayında muxtar respublikada aparılan abadlıq və yaşıllaşdırma işlərinə kölgə salan yanlış fikirlər səsləndirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, proqramın 17 avqust tarixində yayımlanan bölümündə aparıcı muxtar respublika sakinlərindən üzr istəyib.
Verilişdə tamaşaçılara dəqiqləşməmiş məlumat verilib. Guya Sədərək rayonunda ağacların kəsildiyi bildirilib. Lakin əsl həqiqət isə ondan ibarətdir ki, rayon ərazisində bir neçə quru ağac kəsilərək hərbi hissələrə təhvil verilib. Əvəzində isə kəsilən quru ağacların yerində yeni tinglər əkilib, ümumilikdə, rayon ərazisində bu il də geniş yaşıllaşdırma işləri davam etdirilib. Muxtar Respublikadan bildirilən ciddi iraddan sonra verilişin yayımlanan növbəti sayında aparıcı Elçin Əlibəyli yanlış məlumat verildiyinə görə tamaşaçılardan, Naxçıvan Muxtar Respublika sakinlərindən üzr istəyib.
Nurlana Əhmədova