Məktəblilər Döyüş Şöhrəti Muzeyində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekskursiyanı Naxçıvan şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan şəhər Təhsil Şöbəsi təşkil edib. 20 şagirdin iştirak etdiyi ekskursiyada məqsəd məktəblilərdə vətənpərvərlik hisslərini daha da yüksəltməkdir.                                          

Muzeydə şagirdlərə məlumat verilib ki, Naxçıvan hərbi şəhərciyində açıq səma altında olan muzey 2017-ci ildə yaradılıb və 13 min kvadratmetr sahəni əhatə edir. Müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş silahlar, texnika və qurğular, hava hücumundan müdafiə üzrə döyüş maşınları, eləcə də hərbi təyinatlı avtomobillərdən ibarət eksponatların nümayiş olunduğu muzeydə şagirdlər  bir zaman döyüş tapşırığının yerinə yetirilməsində istifadə olunan, bu gün isə eksponatlara çevrilən döyüş texnikalarına maraqla baxıb, onlar haqqında məlumat əldə ediblər.

Ekskursiyada iştirak edən Əlahiddə Ümumqoşun Ordunun zabiti məktəbliləri maraqlandıran sualları cavablandırıb.

                                                                  Nurlana Əhmədova

                                                                 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: