“Muğam studiyası”nın onlayn konserti - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında  baş tutan  konsert Naxçıvan Dövlət Televiziyasından və onun internet resurslarından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin saytından və sosial şəbəkə hesablarından canlı olaraq yayımlanıb.

Konsert proqramında xalq mahnıları, təsniflər və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib. Xanəndələr “Çahargah”, “Bayatı-şiraz” təsniflərini, “Gözlərin” mahnısını, “Qarabağ şikəstəsi” ritmik muğamını və digər mahnıları ifa ediblər.

Bir saata yaxın davam edən konsert izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan bir sıra müəssisələr insanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müntəzəm olaraq izləyicilərə və tamaşaçılara Naxçıvan televiziyasının efirindən onlayn konsertlər təqdim edirlər.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: