Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı təlimlərə start verilib
Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, təlimdə büdcədən maliyyələşən müxtəlif təşkilatlardan 12 mütəxəssis iştirak edib.
Təlimin məqsədi və əhəmiyyətindən danışan Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bildirib ki, təlimin keçirilməsində məqsəd ödəniş tapşırıqları sənədləri bölməsinin iş prinsipinin izahı və sistemdə olan yeniliklərin iştirakçılara öyrədilməsindən ibarətdir.
2 saat ərzində davam edən təlimdə bildirilib ki, xəzinədarlıq əməliyyatları zamanı sənədlərin elektron tərtibi sistemində yeni qurulmuş modul vasitəsilə ödəniş tapşırıqları sənədləri sistem üzərindən işlənilib xəzinədarlığa təqdim ediləcəkdir.
Sonda sistemlə əlaqədar geniş fikir mübadiləsi aparılaraq təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.