Şahbuz rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müşavirədə rayоn icra hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, Şahbuz şəhərində 49 idarə, təşkilat və müəssisənin yеrləşdiyi inzibati binalardan 44-də müasir istilik sistеmi quraşdırılıb. Rayonda 23 tam orta məktəb, 5 məktəbdənkənar təhsil müəssisəsindən 3-ü, 23 səhiyyə müəssisəsi, 58 mədəniyyət müəssisəsindən 55-i müasir istilik sistemi ilə qızdırılacaq. Bu məqsədlə qazanxanalara, ictimai yaşayış binalarının kоmmunikasiya хətlərinə baхış kеçirilib, nasazlıqların aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb. Yol təmir istismar idarəsinin balansında olan qreyder, ekskavator, “Kamaz” markalı yük avtomobili və qarsovuran texnika cari təmir olunaraq hazır vəziyyətə gətirilib. Elektrik təsərrüfatının payız-qış mövsümünə hazırlanması məqsədilə xətlərə baxış keçirilib. Əsgərlərin qış mövsümündə lazımi istiliklə təmin edilməsi məqsədilə quru odun tədarük olunaraq hərbi hissələrə təhvil verilib. Hərbi hissələrin yerləşdikləri ərazilərə gedən avtomobil yollarının saz vəziyyətdə saxlanılmasına mütəmadi olaraq diqqət yetirilib.
Rəfael Babayev bildirib ki, rayon icra hakimiyyətinin reyd qrupları tərəfindən yerlərdə aparılan yoxlamalar nəticəsində bəzi nöqsanlar da aşkar olunub. Bu isə onu göstərir ki, görülən işlərə baxmayaraq hələ də payız qış mövsümünə hazırlıqla bağlı müəyyən çatışmazlıqlar mövcuddur. Bunun üçün də aidiyyəti orqanlar tərəfindən cari ildə bu nöqsanlar aradan qaldırılmalıdır.
Sonra Rayon təhsil şöbəsinin və Mərkəzi Xəstəxananın qışa hazırlıq vəziyyəti ilə bağlı görülən işlər nəzərdən keçirilib. Müşavirədə rayonda payız-qış mövsümünə hazırlıqlarla bağlı ətraflı müzakirələr aparılıb, görüləcək işlərin vaxtında başa çatdırılması ilə bağlı aid qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Novruz Məmmədov