Muxtar respublikada yük və sərnişin daşımalarının etibarlılığı təmin edilir

A- A A+

"Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə və strukturlarının 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlığına və qarşıda duran vəzifələrə dair tədbir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə cəmiyyətin direktoru Mahir Əliyev muxtar respublikanın dəmir yolu təsərrüfatında infrastrukturun yeniləşdirilməsinin və daşımaların təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Qeyd olunub ki, mütəmadi olaraq yol, rabitə və işarəvermə, eləcə də enerji qurğuları yoxlanılıb, onlarda profilaktiki təmir işləri aparılıb, vaqon və lokomotivlərin istismara yararlı vəziyyətdə olması nəzarətdə saxlanılaraq, yük və sərnişin daşımalarının etibarlılığı təmin edilib.

Qarşıdakı dövr ərzində verilmiş tapşırıqların icrasına uyğun olaraq, Culfa lokomotiv deposunda payız-qış mövsümündə istismar olunacaq 5 ədəd elektrovozun və 5 ədəd manevr- magistral teplovozun hərəkət və dartı hissələri müayinə olunub.  45 ədəd müxtəlif tipli vaqonda cari və depo təmirləri aparılıb.

Mahir Əliyev qeyd edib ki, cari ilin payız-qış mövsümündə vaqon və lokomotivlərin normal və fasiləsiz istismarının təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülərək, Bakı şəhərindən zəruri ehtiyat hissələri tədarük edilib. İstilik sistemləri ilə təchiz edilmiş sərnişin vaqonlarının və aralıq stansiyalarda növbətçi otaqların qızdırılması üçün 18,4 ton daş kömür ehtiyatı yaradılıb, mövsüm ərəfəsində isə əlavə olaraq 60,0 ton kömürün alınıb gətirilməsi nəzərdə tutulur.

Naxçıvan stansiyası ərazisində sərnişin vaqonlarının yuyulması üçün məntəqənin tikintisi başa çatdırılaraq, uzunluğu 50 poqonometr olan dəmir yolu çəkilib.

Əlava olaraq "Naxçıvan Damir Yolları" MMC ilə Rusiya Federasiyasnın "Şpalzavod" MMC arasında 9600 ədəd təzə ağac şpaln alınmasına dair müqavilə bağlanılıb. Yaxın vaxtlarda ağac şpalların respublikamıza gətirilməsi təmin ediləcəkdir.

Sonda yol verilmiş nöqsanlara toxunulub. Yol verilən nöqsanların  və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti şöbələrə tapşırıqlar verilib.

Səftər Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: