Məhkəmə əməkdaşları üçün onlayn seminar keçirilib

A- A A+

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə muxtar respublika üzrə rayon (şəhər) və ixtisaslaşdırılmış məhkəmələrin əməkdaşlarının iştirakı ilə baş tutan seminarın məqsədi məhkəmələr tərəfindən təyin edilən ekspertizalar zamanı müvafiq sənədləşmə işinin düzgün tərtib edilməsinə köməklik göstərməkdir.

“Məhkəmələr tərəfindən təyin edilən ekspertizaların əhəmiyyəti” mövzusunda keçirilən seminarda Mərkəzin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov bildirib ki, ekspertizaların aparılmasına dair müvafiq məhkəmələrə mütəmadi olaraq tövsiyə məktubları hazırlanaraq göndərilir və zəruri hallarda hakimlərin dəvəti ilə ekspertlərin məhkəmə baxışı zamanı proseslərdə iştirakı təmin olunur.

Sonra mərkəzin ekspertləri tərəfindən təmsil etdikləri məhkəmə xətşünaslıq, əmtəəşünaslıq, mühasibatlıq və tikinti-texniki ekspertizaları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, məhkəmə ekspertizası təcrübəsinin təhlili göstərir ki, təhqiqat materiallarının, ekspertiza təyini haqqında işlərin bəzən icrasız geri qaytarılmasının başlıca səbəbi ekspertiza tədqiqatı üçün zəruri olan sənədlərin (obyektlərin) məhkəmələr tərəfindən təqdim olunmuş iş materiallarında olmaması və ya iş materiallarında qismən göstərilməməsidir.

Sonda seminar iştirakçıları ilə ekspertlər arasında fikir mübadiləsi aparılıb, verilən suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: