ÜST: Vaksinin yaradılması koronavirus pandemiyasını tezliklə aradan qaldırmayacaq

A- A A+

Yeni növ koronavirusa qarşı vaksinin yaradılması pandemiyanı tezliklə aradan qaldırmayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə brifinqdə söyləyib. O deyib: “Vaksin həyati vacib alət olacaq. Ümidvarıq ki, vaksin bizdə mümkün qədər tez olacaq”. Bununla yanaşı, ÜST-nin rəhbəri bildirib ki, vaksinin meydana gəlməsinə “təminat yoxdur”.

“Hətta vaksini əldə etsək belə bu, pandemiyanın başa çatmasına gətirib çıxarmayacaq”, - deyə Baş direktor vurğulayıb. Onun sözlərinə görə, COVID-19-ın fəsadları haqqında heç də hər şey tibbə məlum deyil: “Hərçənd biz bu xəstəlik haqqında çox şey öyrəndik. Bizim 8 aylıq təcrübəmiz var. Lakin biz uzunmüddətli fəsadlar barədə hələ də az məlumatlıyıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: