Təbiət naminə birləşək - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyniadlı təlim-təcrübə Şahbuz Dövlət Təbiət Qoruğunda Ekologiya könüllüləri üçün təşkil olunub.

Təlim-tərbiyə günü proqramının məqsədi ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə  işlərinin daha da genişləndirilməsidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şahbuz Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruq haqqında, həmçinin   təbiətdən istifadənin hüquqi əsasları mövzusunda könüllülərə ətraflı məlumat veriblər.

Təlimin praktiki hissəsi  isə  mövzuların asan  mənimsənilməsi üçün  yarışmalar, sual–cavab və digər əyləncəli oyunlarla davam etdirilib.                

Təlimçi, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli qoruq ərazisində kompas nədir və ondan necə istifadə olunur, meşədə səmtin müəyyən olunması mövzularında könüllülərə ətraflı məlumat verib.

Həmin gün gənclər Şahbuz Dövlət Təbiət Qoruğunun  informasiya mərkəzi ilə də tanış olublar. Sonda könüllülər üçün çay süfrəsi təşkil olnub.

                               Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: