Şərur artıq aqrar rayondan aqrar-sənaye rayonuna çevrilir - VİDEO
Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda bütün sahələrin kompleks inkişafı təmin edilib. Yeni istehsal müəssisələrinin yaradılması, aqrar sahədə islahatların əhatə dairəsinin genişləndirilməsi əhalinin rifahını yüksəldib, məskunlaşma artıb. Aparılan genişmiqyaslı quruculuq işləri, sosial obyektlərin, inzibati binaların tikilib istifadəyə verilməsi, yol infrastrukturunun müasir genişləndirilməsi, yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, Şərur şəhəri və kəndlər abad yaşayış məntəqələrinə çevriliblər. Rayon mərkəzində və kəndlərdə quruculuq işləri bu gün də davam etdirilir.
Əhalisi əsasən kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan Şərur artıq aqrar rayondan, aqrar-sənaye rayonuna çevrilməklə inkişafının yeni dövrünü yaşayır.
Naxçıvan televiziyasının əməkdaşları Şərur rayonunun bugünkü sosial-iqtisadi mənzərəsini əks etdirən videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Yaqub İsayev