Gənc müəllimlər arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Gənclər Günü münasibətilə Şahmat federasiyası, Gənclər və İdman, Təhsil nazirlikləri və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən yarış Naxçıvan Şəhər Şahmat Mərkəzində baş tutub.

Gənc müəllimlərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi daşıyan birincilikdə 46 şahmatçı qalib olmaq uğrunda mübarizə aparıb. “İsveçrə” sistemi ilə 7 turdan ibarət olan yarışın nəticələrinə əsasən kişilər arasında Əli Hüseynzadə I, Tural Zeynalov II, Şamil Hüseynov isə III yerin sahibi olub. Xanımlar arasında qaliblərə gəlincə Lamiyə Məmmədova bütün rəqiblərinə qalib gələrək yarışı birinci pillədə tamamlayıb. Fəridə Şükürova II, Nərmin İsmayılova isə III yerdə qərarlaşıb.

Sonda yer tutan şahmatçılara diplomlar və hədiyyələr təqdim olunub.

Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: