Sədərək könüllüləri şəhid ailələrinə məktub yazdı

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın sərhəd bölgəsi olan Sədərək rayonunun könüllüləri ahıl vətəndaşlara, tənha qocalara dəstək olmaq məqsədilə onlara evlərində xidmət göstərib, məişət qayğıları ilə maraqlanıblar.

Həmçinin 10 nəfər könüllünün iştirak etdiyi məktub yazma layihəsinədə start verilib. Məktub yazma layihəsində şəhid ailələrinə ən yaxşı ürək sözləri və minnətdarlıq öz əksini tapıb.

Yazılan məktublar  Sədərək rayon Poçt Şöbəsindən şəhid ailələrinin ünvanına yola salınıb.

Nurlana Əhmədova

                                                                               

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: