Gələcəyin turizmçiləri muzeylərdə təcrübə keçirlər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər Peşə Liseyinin "Turizm agenti" kursunun müdavimlərinin muzeylərdə təcrübə keçirilməsinə start verilib.
İyul ayının 28-dən başlayan təcrübə müddətində tələbələr Naxçıvan şəhərində yerləşən bir sıra muzeylərdə ekskursiyada olub. Ekskursiya zamanı tələbələrə yüksək muzey xidməti göstərilib, muzeylərin yaranma tarixi, o cümlədən, muzeylərdə nümayiş olunan, xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən eksponatlar, Naxçıvan torpağının yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təcrübə sentyabr ayının 2-dək davam edəcək.