Naxçıvanda yeni dərs ili ərəfəsində məktəblərin tikintisi davam etdirilir - VİDEO
Muxtar respublikada inşa edilən və yenidən qurulan məktəblərin coğrafiyası bütün rayonları əhatə edir. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən fəaliyyət proqramında muxtar respublikada bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi əsas prioritet sahə kimi müəyyənləşdirilib. Təkcə 2018-2020-ci illərdə ümumilikdə 16 yeni məktəb binası yenidən bərpa olunub, təhsil müəssisələri lazımi avadanlıqlarla təchiz edilib.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının hazırda tikinti işləri aparılan məktəblərdən hazırladığı videomaterialı təqdim edir:
Nurlana Əhmədova