Babək və Culfa rayonlarında torpaqların monitorinqi aparılır

A- A A+

Muxtar respublikamızda torpaqların şorlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlər davam etdirilir. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu məqsədlə yaradılan  komissiya tərəfindən Ordubad rayonu üzrə torpaq sahələrinin monitorinqi başa çatdırılıb, rayon üzrə 24,1 ha şorlaşmış torpaq sahəsi müəyyən edilərək xəritələşdirilib.

Hazırda Babək və Culfa rayonlarında şorlaşan, şorakətləşən, bataqlaşan, digər kəmiyyət və keyfiyyət göstəricilərini dəyişən torpaq sahələri müəyyənləşdirilir, torpaqların şorlaşmasının və bataqlaşmasının səbəbləri öyrənilir. Yüksək dəqiqlikli geodeziya avadanlıqları vasitəsi ilə həmin ərazilərdə ölçmə işləri aparılır.

Muxtar respublikanın bütün ərzisində aparılacaq monitorinqlərin yekununda komissiya tərəfindən hesabat hazırlanacaq, torpaqlarda baş vermiş dəyişikliklərin aradan qaldırılması üçün zəruri aqrotexniki və meliorativ tədbirlər müəyyənləşdiriləcək.

Qeyd edək ki, monitorinqlərin aparılmasına Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Naxçıvan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: