Kolumbiyada Naxçıvan və Abşeron adlı şəhərciklər salınır - FOTOLAR
Kolumbiyada Naxçıvan və Abşeron adlı evlər kompleksi reallaşdırılır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər. Qeyd olunub ki, bu layihəni həyata keçirən şəxs uzun illərdir orada yaşayan həmyerlilərimizdən biridir:
"Diasporla İş üzrə Dövlət Komitəsinin son illər həyata keçirdiyi siyasətin ən mühüm məqamlarından biri dünyada yaşayan azərbaycanlılarla əlaqələrin yaradılması və onların cəmiyyətimizə təqdim olunmasıdır. Həmin şəxslərdən biri də hazırda Kolumbiyada yaşayan, oradakı "Azercol" tikinti şirkətinin qurucusu olan həmyerlimiz Şəhriyar Həsənlidir. Artıq 7 ildir Kolumbiyada yaşayan həmyerlimiz bu ölkədə təhsil alıb. O, Azərbaycanın regionlarının adlarını daşıyan layihələr həyata keçirir. Ş.Həsənli hazırda Kolumbiyada Naxçıvan və Abşeron adlı evlər kompleksi layihəsini reallaşdırır".
Komitədən əlavə olunub ki, "Azercol" şirkəti Azərbaycanın məkan və şəhər adlarını Latın Amerikasına gətirmiş ilk şirkətdir.
Ş.Həsənli öz fəaliyyəti və ailəsi ilə bağlı müsahibə verib. Müsahibə bu günlərdə Diaspor TV-də yayımlanacaq.