Yeni kitab nəşrə hazırlanır

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a bildirilib ki, Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığına həsr edilən “Baba Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı kitab çap olunacaq.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat İnstitutlarının və Əlyazmalar Fondunun elmi əməkdaşları uşaqlıq və gənclik illərini Naxçıvanda keçirən, İranda və Türkiyədə yaşayan, təsəvvüf və təfsir sahəsində əsərlərini də burada qələmə alan Baba Nemətullah Naxçıvaninin irsi ilə bağlı araşdırmalar aparıblar. 

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində hazırlanan kitabda Baba Nemətullah Naxçıvaninin yaradıcılığı ilə bağlı materiallar toplanılır. Nəşrdə alimin qələmə aldığı fəlsəfi məzmunlu müxtəlif əsərlərinin tədqiqi ilə bağlı məqalələr də yer alacaq.

Qeyd edək ki, bölmədə sentyabr ayının 19-da “Baba Nemətullah Naxçıvani” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: