Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Könüllü jurnalist” layihəsinin ilk könüllülər qrupuna bilik və bacarıqları nəzərə alınaraq 10 nəfər gənc seçilib.
Seçilmiş “Könüllü jurnalistlər” 6 ay ərzində onlar üçün təşkil olunacaq təlim, seminar və digər tədbirlərdə iştirak edəcək, jurnalistika peşəsini hərtərəfli öyrənəcəklər.
Uzun müddət davam edəcək layihə çərçivəsində 6 aydan bir yeni könüllülər qrupu yaradılacaq.
Qeyd edək ki, “Könüllü jurnalist” layihəsi Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq muxtar respublikada könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, jurnalistika sahəsində könüllülük fəaliyyətinin təmin olunması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən həyata keçirilir.