Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, avqustun 19-da start verilən təlimlərin davamı olaraq Maliyyə Tədris Mərkəzində mövzu ilə bağlı növbəti təlim keçirilib.
Dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlardan 12 mütəxəssisin iştirak etdiyi təlimdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib.
Bildirilib ki, xəzinədarlıq əməliyyatları zamanı sənədlərin elektron tərtibi sistemində yeni qurulmuş modul vasitəsilə ödəniş tapşırıqları sənədləri sistem üzərindən işlənilib xəzinədarlığa təqdim ediləcəkdir.
Sonda sistemlə əlaqədar geniş fikir mübadiləsi aparılaraq təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, müvafiq mövzu ilə əlaqədar, ümumilikdə 29 təşkilatdan 49 mütəxəssis təlimlərdə iştirak edib.